...

AEBA siyasətdən uzaq öz vəzifəsini yerinə yetirməlidir – İran XİN

Dünya xəbərləri Materials 30 İyun 2025 11:54 (UTC +04:00)
AEBA siyasətdən uzaq öz vəzifəsini yerinə yetirməlidir – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik beynəlxalq qurum olduğuna və müəyyən vəzifələri olduğuna görə, siyasətdən kənar öz vəzifələrini yerinə yetirməlidir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran tələb edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi texniki vəzifələr çərçivəsində öz işini yerinə yetirməli və agentliyin bəzi üzvlərinin təsiri altına düşməməlidir.

Bəqai bildirib ki, 3 Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) ötən 20 il ərzində İrana təzyiqlə bağlı strategiyası aydındır. İran həmişə agentliyin siyasi prizmalardan kənar öz vəzifəsini yerinə yetirməsini istəyib. AEBA-nın İranla bağlı son hesabatı uyğun hesabat deyildi və agentliyin Direktorlar Şurasında İran əleyhinə qətnamənin əsası oldu.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim etdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11 ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi qeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti