Bakı. Trend:
Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Parisdə keçirilən kütləvi nümayişdə izdiham qarşısında NATO bayrağını cırıb.
Trend xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrin Fransa seqmentində yayılıb.
Bayrağı cırmazdan əvvəl Filippo mitinq iştirakçılarına Fransanın başqalarının müharibələrində iştirak etməməli olduğunu dilə gətirib. Onun fikincə, ölkə təkcə Şimali Atlantik alyansı ilə yox, həm də Avropa İttifaqı ilə yollarını ayırmalıdır.