Bakı. Trend:
İran üçün Cənubi Qafqazda sülh və stabillik önəmlidir.
Trend-in məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran Ermənistan-Azərbaycan arasındakı məsələ ilə bağlı həmişə sülhü dəstəklədiyini bəyan edib.
Nazirlik rəsmisi bildirib ki, İran həmişə iki ölkə arasında sülh prosesini dəstəkləyib və iki tərəfi tezliklə sülh razılaşmasının imzalanmasına təşviq edib.
Bəqai deyib ki, İranın hər iki ölkə ilə yaxşı və balanslı münasibətləri var və yaxşı qonşuluq siyasətinin davam etməsinin vacibliyini qeyd edir.