Bakı. Trend:
İran uranı zənginləşdirmək hüququna malikdir və bu fəaliyyətini dayandırmaq fikrində deyil.
Trend xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
Diplomatın sözlərinə görə, uranın zənginləşdirilməsi prosesi İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində qanuni hüququdur.
“Bu hüquqdan istifadə etmək niyyətindəyik. Hesab edirəm ki, uranın zənginləşdirilməsi prosesi heç vaxt tam dayandırılmayacaq,” – deyə İrəvani vurğulayıb.