...

Dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlandı

İdman Materials 30 İyun 2025 13:40 (UTC +04:00)
Dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin nüfuzlu “Give me Sport” portalı hazırda dünyanın ən yaxşı oyunçularının siyahısını tərtib edib.

Trend xəbər verir ki, siyahıda birinci yeri İspaniyanın “Barselona” klubunun vingeri Lamin Yamal tutub.

Sonrakı yerlərdə Usman Dembele (PSJ), Məhəmməd Salah (“Liverpul”), Kilian Mbappe (“Real Madrid”), Rafinya Dias (“Barselona”), Harri Keyn (“Bavariya”), Robert Levandovski (“Barselona”), Vinisius Junior (“Real Madrid”), Pedri (“Barselona”), Cud Bellinqem (“Real Madrid”) və Lionel Messi (“İnter Mayami”) qərarlaşıb.

Qeyd edək ki, ötən mövsüm Yamal klub səviyyəsində bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti