Bakı. Trend:
Son günlər Pakistanda müşahidə olunan intensiv musson yağışları və onların yaratdığı fəsadlar azı 45 nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, bu barədə məlumatı *Geo TV* telekanalı yayıb.
Məlumata görə, ölənlərin böyük hissəsi – 21 nəfər Heybər-Paxtunxva əyalətində qeydə alınıb. Həmçinin Sind, Bəlucistan və Pəncab əyalətlərində də insan tələfatı yaşanıb.
Bildirilib ki, güclü yağıntılar və daşqın təhlükəsi ən azı bir həftə davam edə bilər. Həmçinin qeyd olunub ki, qasırğalı küləklər və fırtınalar zəif tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, avtomobillərə və günəş panellərinə zərər verə bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşmələri isə yolların bağlanmasına səbəb ola bilər.