...

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalıyla bağlı açıqlama yayıb

Cəmiyyət Materials 29 İyun 2025 22:16 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalıyla bağlı açıqlama yayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyatı yoxdur.

"Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.

Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik”, - deyə Komitədən bildirilib.

Xəbər lenti

Xəbər lenti