...

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cəmiyyət Materials 29 İyun 2025 16:34 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam və Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metrədək təşkil edəcək.

Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən və Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti