...

Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb (YENİLƏNİB-2)

Hadisə Materials 29 İyun 2025 19:08 (UTC +04:00)
Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb (YENİLƏNİB-2)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

xxx

18:49

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

18:12

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti