...

Karateçilərimiz Xorvatiyada bürünc medal qazandılar (FOTO)

İdman Materials 29 İyun 2025 21:27 (UTC +04:00)
Karateçilərimiz Xorvatiyada bürünc medal qazandılar (FOTO)

Bakı. Trend:

26-29 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.

Trend xəbər verir ki, Orucova Gülay 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdur.

Xəbər lenti

Xəbər lenti