...

Ağdamda polis əməkdaşı minaya düşdü

Hadisə Materials 30 İyun 2025 02:16 (UTC +04:00)
Ağdamda polis əməkdaşı minaya düşdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti