...

Azərbaycanda sabahdan qadınların pensiya yaşı artırılır

Cəmiyyət Materials 30 İyun 2025 07:00 (UTC +04:00)
Azərbaycanda sabahdan qadınların pensiya yaşı artırılır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

Trend xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Xəbər lenti

Xəbər lenti