...

“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb

İdman Materials 30 İyun 2025 12:02 (UTC +04:00)
“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb.

Bu barədə Trend-ə klubdan məlumat verilib.

Məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə Gəncə təmsilçisinin heyətində 28 görüşdə 2 dəfə fərqlənib. İcarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 qarşılaşmada 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər"lə 11 oyuna çıxıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl 8 futbolçu ilə əməkdaşlığa son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti