...

İrana heç bir təklif irəli sürməmişəm - Tramp

Dünya xəbərləri Materials 30 İyun 2025 12:21 (UTC +04:00)
İrana heç bir təklif irəli sürməmişəm - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp “Obamadan fərqli olaraq” İrana heç bir təklif irəli sürmədiyini və Amerikanın hərbi hava qüvvələrinin İranın nüvə obyektlərini bombardman etməsindən bəri rəsmi Tehranın nümayəndələri ilə danışmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz "Truth Social" sosial şəbəkə hesabında yazıb.

“Mən İrana heç nə təklif etmirəm – Obamadan fərqli olaraq... onların (İranın -red.) nüvə obyektlərini tam məhv etməyimizdən bəri onlarla heç danışmıram”,- amerikalı lider yazıb.

Onun sözlərinə görə, İran nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində Birləşmiş Ştatlar hökumətindən milyardlarla dollar əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti