...

Avropada rekord istilər müşahidə olunur

Dünya xəbərləri Materials 30 İyun 2025 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Avropanın bir sıra ölkələrində yüksək hərarət dalğası davam edir. İspaniyada temperatur artıq yeni rekordlar vurur. Termometrlərin göstəricisi bəzi yerlərdə artıq 46 dərəcə selsiyə çatıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ən yüksək hərarət Uelva El-Qranado şəhərində (Əndəluz bölgəsi) qeydə alınıb. İspaniyada belə temperatur iyun ayında meteomüşahidələrin aparılmağa başladığı dövrdən bəri heç vaxt qeydə alınmayıb. Ondan nisbətən aşağı göstərici Montoro və Fuentes-De-Andalusiya rayonlarında müşahidə olunur – müvafiq olaraq +44 dərəcə (selsi) və +43,9 dərəcə (selsi).

Sinoptiklər bildirirlər ki, bu heç də pik deyil. Qarşıdakı günlərdə regionda hərarət daha da yüksələ bilər.

Bəzi bölgələrdə temperatur həftənin ortalarınadək artmaqda davam edəcək və yaxın günlərdə Fransa, Almaniya, İtaliya və Birləşmiş Krallıqda hava daha da istiləşəcək.

Bu həftəsonu İngiltərənin bəzi hissələrində sarı və qəhvəyi xəbərdarlıq elan olunub və bazar ertəsi Londonda temperaturun 35°C-yə çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti