...

Evkadorda həbsxanadan qaçmış narkobaron bir il sonra aşkarlandı

Dünya xəbərləri Materials 30 İyun 2025 16:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda polis bir il əvvəl həbsxanadan qaçmış “Los-Çoneros” narkokartelinin başçısını həbs edib.

Trend xəbər verir ki, bu barədə ölkənin prezidenti Daniel Noboa açıqlama yayıb.

“Fito” ləqəbi ilə tanınan narkobaron Xose Adolfo Masias Vilyamar 2024-cü ilin yanvar ayında Quyakile həbsxanasından müəmmalı şəkjildə yoxa çıxmışdı. Hərbçilər onu başqa cəzaçəkmə müəssisəsinə aparmaq üçün gələndə kamerasında olmadığını görmüşdülər. Onun hansı şəkildə ordan qaçdığı indiyə kimi məlum deyil.

Bir il qaçaq olmuş Fito dəbdəbəli bir evin bunkerində aşkarlanıb. Onun saxlanılması üçün həyata keçirilən əməliyyat 10 saata yaxın davam edib. Noboanın sözlərinə görə, Ekvador hökuməti artıq onun ekstradisiyası üçün ABŞ-la danışıqlara başlayıb. ABŞ ərazisində ona qarşı qanunsuz narkotik və odlu silah alveri ittihamları ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti