...

FINCA Azerbaijan - Kiçik Sahibkarlara və Fermerlərə Dayanıqlı Dəstək (FOTO)

İqtisadiyyat Materials 30 İyun 2025 10:10 (UTC +04:00)
FINCA Azerbaijan - Kiçik Sahibkarlara və Fermerlərə Dayanıqlı Dəstək (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı Bank Olmayan Kredit Təşkilatlarından biri olan FINCA Azerbaijan, kənd təsərrüfatı və regionlarda kiçik sahibkarlığın inkişafına töhfə vermək məqsədilə mütəmadi olaraq keçirilən Aqrar Biznes Festivallarında fəal iştirakını davam etdirir. Bu tədbirlər, regionlarda maliyyə əlçatanlığının artırılması və yerli əhali ilə birbaşa ünsiyyət qurulması baxımından vacib platforma rolunu oynayır.

Maliyyə və Maarifləndirici Dəstək Bir Arada

FINCA Azerbaijan-ın əsas missiyası az təminatlı əhali və kiçik sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq, onların rifahına töhfə vermək və dayanıqlı biznes fəaliyyətlərini təşviq etməkdir. Bu missiyanın davamı olaraq, təşkilatın festival iştirakları yalnız kredit məhsullarının təqdimatı ilə məhdudlaşmır. Eyni zamanda, maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Görüşlərdə iştirakçılara büdcə planlaması, borclanma mədəniyyəti, maliyyə risklərinin idarə olunması və dələduzluqlardan qorunma mövzularında faydalı məlumatlar təqdim olunur.

2024-cü il ərzində FINCA Azerbaijan tərəfindən 1000-dən çox vətəndaş maliyyə savadlılığı ilə bağlı maarifləndirilmişdir. Bu təşəbbüslə təşkilat yalnız maliyyə dəstəyi deyil, həm də bilik və bacarıq yönümlü inkişaf imkanları yaradır.

Aqrar Sığorta Kreditləri ilə İkiqat Dəstək

Festival çərçivəsində təqdim olunan məhsullar arasında FINCA Azerbaijan və Aqrar Sığorta Fondunun birgə hazırladığı Aqrar Sığorta Kreditləri xüsusi yer tutur. Bu unikal məhsul çərçivəsində vətəndaşlara eyni zamanda həm kredit, həm də sığorta imkanları barədə ətraflı məlumat verilir və yerindəcə xidmət göstərilir.

Növbəti Aqrar Biznes və Tərəvəz Festivalı 2025-ci il 3 iyul tarixində Şəmkir rayonunda keçiriləcək. FINCA Azerbaijan bu tədbirdə də fermerlərin və sahibkarların yanında olacaq, onlara həm maliyyə həlləri, həm də maarifləndirici dəstək təqdim edəcək.

Qeyd edək ki, 1999-cu ildə əsası qoyulmuş FINCA Azerbaijan, məsuliyyətli maliyyələşmə sahəsində etibarlı tərəfdaş olaraq, ölkə üzrə 26 filialı ilə fəaliyyət göstərən minlərlə kiçik sahibkara xidmət edir. Təşkilat, 5 qitədə 15 bank və mikromaliyyə institutu vasitəsilə 3.4 milyon müştəriyə xidmət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

Ətraflı məlumat üçün www.finca.az saytına, rəsmi sosial media hesablarına daxil olun və yaxud *2525 qısa nömrəsi ilə əlaqə saxlayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti