...

Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini verməməsi mülki əhali üçün ciddi təhlükə yaradır – XİN

Gündəm Materials 30 İyun 2025 14:21 (UTC +04:00)
Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini verməməsi mülki əhali üçün ciddi təhlükə yaradır – XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Vurğulanıb ki, iyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Mina partlamasında xəsarət alan polis əməkdaşının sağ ayağı amputasiya edilib. Bununla da 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub.

“Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti