Bakı. Trend:
Ermənistan Respublikasında sabitliyi poza biləcək bütün çağırışlar uğurlu şəkildə neytrallaşdırılıb.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkəsinin milli təhlükəsizlik xidməti Ermənistan dövləti və xalqının üzləşdiyi çoxsaylı çağırışların öhdəsindən effektiv şəkildə gəlib.
“Ermənistan Respublikasında qeyri-sabitlik və təhlükəsizliklə bağlı problemlər yarada biləcək bütün çağırışlar uğurlu şəkildə neytrallaşdırılıb”, - deyə Paşinyan vurğulayıb.