...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşinin ekspertizası başlayıb (FOTO/VİDEO)

Gündəm Materials 30 İyun 2025 22:15 (UTC +04:00)
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşinin ekspertizası başlayıb (FOTO/VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşinin ekspertizası başlayıb.

Trend xəbər verir ki, mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində OMON-un azərbaycanlıların yaşadığı evlərə keçirdiyi basqın zamanı Səfərov qardaşları güllələnərək qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

XXX

21:18

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların cənazəsi Bakıya gətirilib.

Trend xəbər verir ki, cənazələri daşıyan Ural Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib.

Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti