Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Trend xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli forvard Polşa təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a bu ilin fevral ayında Türkiyənin “Ankaragücü” klubundan keçmişdi.