...

Rusiyada yaşayan azərbaycanlılara göstərilən aqressiv davranış və qeyri-insani münasibət qəbuledilməzdir - Ramid Namazov

Siyasət Materials 30 İyun 2025 21:29 (UTC +04:00)
Rusiyada yaşayan azərbaycanlılara göstərilən aqressiv davranış və qeyri-insani münasibət qəbuledilməzdir - Ramid Namazov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin qanunsuz hərəkətləri nəticəsində həmvətənlərimizin həlak olması, ağır xəsarətlər alması və həbsi, eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara göstərilən bu aqressiv davranış və qeyri-insani münasibət qəbuledilməzdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov bildirib.

Yekaterinburqda həmyerlilərimizə münasibətdə aparılan bu fəaliyyətlər həm də Rusiya Federasiyasının digər bölgələrində yaşayan azərbaycanlıları qorxudaraq arzuolunmaz seçim qarşısında qoymaq məqsədi daşıyır.

Vətəndaşlarımız və xarici ölkələrdə yaşayan həmyerlilərimiz yaxşı bilirlər ki, dünya azərbaycanlılarının Lideri ‒ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və tapşırıqlarına uyğun olaraq, aidiyyəti dövlət qurumları hər zaman dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımızın hüquq və mənafelərinin qorunması istiqamətində lazımı addımlar atırlar.

Apardığımız monitorinqlər əsasında deyə bilərik ki, baş verən proseslərlə bağlı xeyli saxta və dezinformasiya xarakterli informasiyalar paylaşılır. Vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycanın dövlət rəsmilərinin verdiyi məlumatlara inanmağa, yalan informasiyalara uymamağa çağırırıq.

Xəbər lenti

Xəbər lenti