...

Stiven Uitkoff İranla nüvə proqramı üzrə müzakirələri davam etdirir

Dünya xəbərləri Materials 30 İyun 2025 23:14 (UTC +04:00)
Stiven Uitkoff İranla nüvə proqramı üzrə müzakirələri davam etdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma üçün İranla müzakirələri davam etdirir.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp İran hakimiyyəti ilə birbaşa əlaqə saxlamayıb:

“Xüsusi elçimiz Stiven iranlılarla həm birbaşa, həm də vasitəçilər vasitəsilə əlaqə saxlayır. Bu əlaqə davam edir. Prezident Donald Tramp isə İranla danışmayıb.”

Xəbər lenti

Xəbər lenti