...

Aİ ABŞ ilə 10% gömrük rüsumunu nəzərdə tutmuş ticarət sazişini bağlamağa hazırdır

Dünya xəbərləri Materials 1 İyul 2025 03:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ABŞ ilə əksər Avropa mallarına 10% gömrük rüsumunu nəzərdə tutan ticarət sazişini bağlamağa hazırdır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Brüssel eyni zamanda Vaşinqtondan Aİ-nin ABŞ-la ticarətinin əsas sektorlarında, xüsusilə əczaçılıq, spirt, yarımkeçiricilər və kommersiya aviasiyası sahəsində tarifləri azaltmasını istəyir. Bundan əlavə, Aİ Amerika hakimiyyətini avtomobillərə və onların ehtiyat hissələrinə, həmçinin polad və alüminiuma tətbiq olunan rüsumları azaltmağa inandırmağa çalışır.

Avropa Komissiyası bildirir ki, hazırda müzakirə olunan ticarət sazişi ABŞ üçün bir qədər daha əlverişli olsa da, onun şərtləri Aİ üçün qəbulediləndir.

Xəbər lenti

Xəbər lenti