...

Ağcabədidə 17 yaşlı oğlan kanalda batdı

Hadisə Materials 1 İyul 2025 09:14 (UTC +04:00)
Ağcabədidə 17 yaşlı oğlan kanalda batdı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində Qarabağ kanalında baş verib.

Belə ki, kənd sakini Əmirov Anar naməlum şəraitdə kanalda batıb. A.Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib. İlkin məlumata görə A.Əmirov içkili vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti