Bakı. Trend:
Çərşənbə axşamı Osnabrük şəhərində (Aşağı Saksoniya federal əyalətində) İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb və bununla əlaqədar təxminən 20 min insanın təxliyə ediləcəyi gözlənir.
Trend xəbər verir ki, bu barədə yerli administrasiyanın rəsmi saytında məlumat verilib.
Səlahiyyətlilər bildiriblər ki, bu təxliyə təxminən 13 min ailəni, ümumilikdə 20 min nəfəri əhatə edəcək.
Mərmi bazar ertəsi tikinti işləri zamanı aşkarlanıb və zərərsizləşdirilməsi çərşənbə axşamı planlaşdırılır.
Qeyd edək ki, bu, Osnabrükdə son vaxtlar baş verən ikinci böyük təxliyədir. Təxminən iki həftə əvvəl başqa bir İkinci Dünya Müharibəsindən qalan partlamamış bomba 11 minə yaxın sakinini evlərini tərk etməyə məcbur etmişdi.