Bakı. Trend:
“Arsenal” klubu həftəsonu “Kristal Pelas”ın cinah oyunçusu Ebereçi Ezenin nümayəndələri ilə əlaqə saxlayıb.
Trend xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “Arsenal” Ezenin mümkün transferini müzakirə edir və transfer şərtləri barədə məlumatlandırılıb.
Qeyd olunur ki, “Tottenhem” klubu da hələ də Eze ilə maraqlanır.
Bundan əvvəl “topçular”ın 27 yaşlı futbolçunu sol cinah üçün transfer hədəfləri siyahısına daxil etdiyi məlum olmuşdu. İngiltərəli futbolçunun hazırkı müqaviləsində 68 milyon funt-sterlinq məbləğində sərbəst qalma bəndi mövcuddur.
Geridə qalan mövsümdə Eze Premyer Liqada 34 oyun keçirib, 8 qol vurub və 8 assist edib.