...

Çində sel təhlükəsi ilə bağlı 114 min nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 30 İyun 2025 19:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlarla əlaqədar təxminən 73 min nəfər təxliyə olunub. Quycou əyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlar törədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızı xəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.

Trend əyalətin təbii fəlakətlərlə mübarizə qərargahına istinadən xəbər verir ki, güclü yağışlardan ən çox ziyan çəkən yaşayış məntəqlərindən biri də Bacon şəhəridir.

Sel və daşqın suları şəhərdəki iqtisadi zonada yerləşən inzibati və yaşayış binalarına, habelə fermer təsərrüfatlarına dolub. Aramsız yağış Neycian şəhərində torpaq sürüşməsi yaradıb. Nəticədə avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.

Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində, xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan və Quycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlar törədib.

Xəbər lenti

Xəbər lenti