...

DİN "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı açıqlama yaydı (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 İyun 2025 17:52 (UTC +04:00)
DİN "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı açıqlama yaydı (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Vurğulanıb ki, əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti