...

Köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb: 37 ailəyə evlərinin açarları təqdim edilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2025 14:14 (UTC +04:00)
Köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb: 37 ailəyə evlərinin açarları təqdim edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

İyunun 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti