Bakı. Trend:
Son 5 ildə Sosial Xidmət Mərkəzlərində 1353 nəfər qeydiyyata alınıb.
Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 963 nəfərinə xidmət göstərilib.
"260 uşaq isə aktiv xidmətlərlə təmin edilib"- deyə o əlavə edib.