...

İran Tehrandakı beynəlxalq hava limanlarının fəaliyyətini bərpa etməyib

Dünya xəbərləri Materials 30 İyun 2025 15:44 (UTC +04:00)
İran Tehrandakı beynəlxalq hava limanlarının fəaliyyətini bərpa etməyib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın paytaxtı Tehranda “İmam Xomeyni” və “Mehrabad” beynəlxalq hava limanlarına və bu aerportlardan uçuşlara qadağa 1 iyul 14:00-dək (Bakı vaxtı ilə 14:30) davam edəcək.

Trend-in məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid Əxəvan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni zamanda, qeyd olunan vaxta qədər ölkənin şimal, cənub və qərb aeroportları da qapalı vəziyyətdə olacaq.

Qeyd edək ki, İranla İsrail arasında atəşkəs elan olunduqdan sonra İran səması sərnişin təyyarələrinin uçuşuna qismən imkan yaradılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti