Bakı.Trend:
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.