...

Xocalıda elektrik təchizatı ilə bağlı 2,8 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 30 İyun 2025 15:18 (UTC +04:00)
Xocalıda elektrik təchizatı ilə bağlı 2,8 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntələrinin xarici və daxili elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək və KTM-lər quraşdırılacaq.

Trend-in məlumatına görə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.

Məlumata əsasən, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində həyata keçiriləcək.

"Azərişıq" ASC hazırda qeyd olunan işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 2,868 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti