...

Azərbaycan və Macarıstan mərkəzi banklarının sədrləri regional iqtisadi vəziyyəti müzakirə ediblər

İqtisadiyyat Materials 30 İyun 2025 14:51 (UTC +04:00)
Azərbaycan və Macarıstan mərkəzi banklarının sədrləri regional iqtisadi vəziyyəti müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Macarıstanın mərkəzi banklarının sədrləri regional iqtisadi vəziyyəti müzakirə ediblər.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Beynəlxalq Hesablaşmalar Bankının Bazel şəhərində təşkil olunan 95-ci illik toplantısında iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mihali Varqa ilə ikitərəfli görüşü keçirilib.

Görüş zamanı regional iqtisadi vəziyyət və mərkəzi bankçılıq gündəmində olan mühüm məsələlər müzakirə olunub.

Görüşdə həmçinin institusional əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti