...

Fransa Ukraynaya əlavə qırıcılar göndərəcək

Dünya xəbərləri Materials 30 İyun 2025 12:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO sammiti ərəfəsində rəsmi Paris və Kiyev Ukraynaya əlavə “Mirage 2000-5F” qırıcılarının göndərilməsini və dron zərərsizləşdirmə texnologiyalarının birgə istehsalını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Mirage 2000” qırıcıları Ukraynaya çatdırıldıqdan sonra onlardan Rusiyanın qanadlı raketlərinin və PUA-larının zərərsizləşdirilməsində istifadə olunub.

“Mirage 2000-5F” qırıcılarının dəqiq sayı açıqlanmasa da, Parisin Kiyevə 12-dən 20-yə qədər belə qırıcı verdiyi ehtimal edilir.

“Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında aparılmış son müzakirələrdən sonra bu sayın artırıla biləcəyi gözlənilir”, – məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti