...

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb

İqtisadiyyat Materials 30 İyun 2025 16:21 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb.

Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Tərəflər gündəlikdə duran məsələlər, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti