Bakı. Trend:
25, 27, 28, 29 və 30 iyun 2025-ci il tarixlərində 1601, 1602, 1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, apellyasiya komissiyası 2 iyul 2025-ci il tarixində saat 09:00-dan 14:00-dək Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə (Yasamal rayonu, Şərifzadə küçəsi, 152) fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə 2 iyul tarixində qeyd olunan binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.