...

Paytaxtda oğurluq edən dörd nəfər saxlanılıb

Cəmiyyət Materials 30 İyun 2025 17:29 (UTC +04:00)
Paytaxtda oğurluq edən dörd nəfər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi və Sabunçu rayonlarında oğurluq edən dörd nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki iyunun 28-də Nəsimi rayonu ərazisində yerləşən yaşayış kompleksindən 50 min manat dəyərində naqil oğurlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı T.Suanverdiyev müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlərlə 8000 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 26 yaşlı A.Kərimli və əvvəllər məhkum olunmuş 43 yaşlı Ş.Səfərov da saxlanılıblar.

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən 48 yaşlı V.Abdullayevanın da polis əməkdaşları tərəfindən saxlanılması təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti