Bakı. Trend:
Kanada hökuməti rəqəmsal xidmətlərin göstərilməsinə görə tətbiq olunan vergini ləğv edib. Sözügedən vergi növünə görə ABŞ prezidenti Donald Tramp iki ölkə arasında ticarət müharibəsinin sona çatdırılmasına yönəlmiş danışıqlar prosesini dayandırmışdı.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Kanadalı baş nazir Mark Karni bildirib ki, bundan sonra Ottava və Vaşinqton arasında danışıqlar bərpa olunacaq, belə ki, ölkə artıq “Amazon”, “Alphabet”, “Google”, “Uber”, “Airbnb” kimi iri Amerika şirkətlərindən Kanadada yığılan üç faizlik vergini ləğv edib.
Bundan əvvəl Tramp Kanadanın rəqəmsal xidmətlərə görə vergilərin ləğv olunmayacağı təqdirdə Kanada ilə ticarətlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.