...

Bu il beş ay ərzində 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb - Vüqar Behbudov

Cəmiyyət Materials 30 İyun 2025 11:55 (UTC +04:00)
Bu il beş ay ərzində 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb - Vüqar Behbudov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb.

Trend xəbər verir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 5 il ərzində 359-u oğlan, 318-i qız olmaqla 677 uşaq müəssisələrə yerləşdirilib:

"Bu il 100, 2022-ci ilin 1 noyabr tarixindən bu günədək isə 658 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb. Ümumilikdə son beş ildə 728 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin olunub".

Xəbər lenti

Xəbər lenti