...

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Materials 30 İyun 2025 17:48 (UTC +04:00)
Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada “Yak-40” sərnişin təyyarəsi nəzərdə tutulan hava reysi üçün qalxdığı Voloqda aeroportuna məcburi eniş edib.

Trend bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, Moskvaya uçmalı olan təyyarə hava limanından qalxan zaman onun turbinlərindən birinə hacıleylək daxil olub.

Şahidlərin bildirdiyinə görə, quş “Yak-40”ın sağ mühərrikini zədələyib. Hava gəmisinin pilotları digər mühərrikin hesabına onu təhlükəsiz şəkildə Voloqda aeorportuna endirə bilib.

Yanğın və ciddi zədələnmə meydana gəlməyib. İnsident nəticəsində heç kimin xəsarət almadğı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti