...

Peter Mixalko Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib

Siyasət Materials 30 İyun 2025 18:43 (UTC +04:00)
Peter Mixalko Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Yekaterinburqda azərbaycanlılara qarşı zorakı rəftardan narahatlığını bildirib.

Trend xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Rusiya təhlükəsizlik qüvvələrinin ucbatından Rusiyada etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnmə barədə xəbərlər məni dərindən narahat edir. Fikirlərim qurbanlar və onların ailələri ilədir", - o qeyd edib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri saxlanılıb. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov adlı iki qardaş öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti