...

Hindistanda kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb

Dünya xəbərləri Materials 1 İyul 2025 07:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın cənubunda yerləşən Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Hindistan polisi rəsmi məlumat yayıb. Daha əvvəl 10 nəfərin həyatını itirdiyi bildirilmişdi.

Partlayış bazar ertəsi səhər saatlarında ştatın Sigachi Industries adlı kimyəvi zavodunda baş verib. Nəticədə sənaye binası tamamilə dağılıb və ərazidə böyük yanğın baş verib.

Onlarla yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

Telanqana ştat hökuməti hadisə ilə bağlı rəsmi araşdırma aparılması üçün göstəriş verib. İlkin versiyalara əsasən, partlayışa təhlükəli maddələrlə düzgün davranılmaması səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti