Bakı. Trend:
Elektron resept – səhiyyənin rəqəmsal gələcəyinə aparan yol.
Trend xəbər verir ki, bunu 93 FM-in “Sağlam radio” verilişində çıxış edən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səhiyyədə rəqəmsallaşmanın üstünlüklərini vurğulayıb.
O bildirib ki, elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir:
“Bu sistem dərmanların düzgün istifadəsini təmin edir, özbaşına dərman qəbulunun qarşısını alır. Artıq reseptlər rəqəmsal sənəd kimi təqdim olunur, saxtakarlıq halları istisna edilir və dərman yalnız həkim göstərişi ilə təyin olunur”.
Zakir Quliyevin sözlərinə görə, sistem xroniki xəstələr üçün
təkrar reseptləri asanlaşdırır, eyni zamanda dərmanların qarşılıqlı
təsir riskini azaldır və yanlış istifadənin qarşısını alır.
Mütəxəssis əlavə edib:
“Elektron resept təkcə texnoloji yenilik deyil, səhiyyə sistemində əsaslı islahatların vacib hissəsidir. Vətəndaşların bu sistemə düzgün yanaşması gələcəkdə daha geniş rəqəmsal səhiyyə həllərinin tətbiqinə zəmin yaradacaq”.