Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Ukrayna prezidenti Volodimir Zelenski ilə ukraynalı hərbçilərin “Taurus” qanadlı raketləri ilə işləmək üzrə mümkün təlimi keçməsini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri "ARD" televiziya kanalına müsahibəsində deyib.
O bildirib ki, bu cür gedişat istisna edilmir.
"Biz hələ bu barədə razılığa gəlməmişik. Mən bu barədə Zelenski ilə danışmışam, [hakim Almaniya] koalisiyasında bu barədə danışmışam", - deyə o bildirib.
Fridrix Merts qeyd edib ki, təlimlər hələ başlayıb.