Bakı. Trend:
Dekabrın 21-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb.
Trend-in məlumatına görə, səfər çərçivəsində Prezident Rəhmonu xarici işlər naziri, Prezidentin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.
