...

“Mançester Yunayted” Kenan Yıldızın transferində qərarlıdır

İdman Materials 20 Dekabr 2025 12:53 (UTC +04:00)
“Mançester Yunayted” Kenan Yıldızın transferində qərarlıdır

Bakı. Trend:

“Mançester Yunayted” “Yuventus”un oyunçusu Kenan Yıldızı transfer etməkdə israrlıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" türkiyəli futbolçu üçün rəqiblərini qabaqlamağı planlaşdırır.

Klub 20 yaşlı yarımmüdafiəçiyə görə Turin klubuna 100 milyon avro (88 milyon funt sterlinq) təklif etməyə hazırdır. İngiltərə Premyer Liqasından “Arsenal” da türk futbolçu ilə maraqlanan klublar arasındadır.

Bildirilib ki, Yıldız hələ “Yuventus”la uzunmüddətli müqavilə imzalamadığı üçün İngiltərə klublarının əsas transfer hədəfinə çevrilib. Tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da, razılıq əldə olunmayıb.

“Mançester Yunayted” rəqiblərini təəccübləndirmək üçün “astronomik” təklif hazırlayır və klub rəhbərliyi bu məbləğin “Yuventus”u ulduz futbolçunu satmağa razı sala biləcəyinə inanır.

Xəbər lenti

Xəbər lenti