Bakı. Trend:
Fransalı futbolçu Kilian Mbappe "Real Madrid"də bir təqvim ilində vurulan qolların sayına görə portuqaliyalı futbolçu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
Trend-in məlumatına görə, Mbappe İspaniya çempionatında "Sevilya" üzərində evdə 2-0 hesablı qələbə qazandıqları oyunda qol vurub.
Fransalı hücumçu 2025-ci ildə 59-cu qolunu vurub. Ronaldo da eyni göstəriciyə 2013-cü ildə çatıb.