...

Qəzza planının birinci mərhələsinin həyata keçirilməsində irəliləyiş əldə olunub - Uitkoff

Dünya xəbərləri Materials 21 Dekabr 2025 00:01 (UTC +04:00)
Qəzza planının birinci mərhələsinin həyata keçirilməsində irəliləyiş əldə olunub - Uitkoff

Bakı. Trend:

ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsində irəliləyişlər olduğunu bildiriblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.

Razılaşmaya əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri cümə günü Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsini qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar.

"Birinci mərhələ humanitar yardımın artırılması, girovların cəsədlərinin qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlə nəticələnib", - deyə bəyanatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti